Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sement bahalaşdı: Evlərin qiyməti nə qədər qalxacaq?

Media24.az      8 Yanvar , 16:09
Sement bahalaşdı: Evlərin qiyməti nə qədər qalxacaq?

Ölkədə sementin qiyməti bahalaşıb. Mətbuatda yer alan xəbərlərə əsasən, “Norm” və “Holcim” markalarına aid sementlərdə 5-6% civarında bahalaşma baş verib. 

 

Media24.Az oxu.az-a istinadən xəbər verir ki, “Norm” Məhdud Məsuliyyətli Cəmiyyət sementin dəyərindəki artımı təsdiqləyib.

 

MMC-dən bildirilir ki, sementin bir tonu 115 manatdan 125 manata yüksəlib. Artıma səbəb isə dekabr ayında kimyəvi qatqılara vergi və dövlət rüsumunun yüksəldilməsi olub. 

 

Qeyd edək ki, təkcə sementin mənzil tikintisində xərclər üzrə ümumi portfeldəki çəkisi 7-10 faiz arasında dəyişir. Bu, kifayət qədər böyük rəqəmdir.

Sementin bahalaşmasının mənzillərin qiymətinə necə təsir edəcəyinə münasibət bildirən daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyir ki, bu, fərdi yaşayış evlərinin tikintisində elə də böyük rol oynamayacaq:

 

“Lakin çoxmənzilli binaların tikintisində maya dəyərinə təsir göstərə bilər”.

 

Onun sözlərinə görə, mənzil tikintisi ilə məşğul olan sahibkarlar yerli sementdən az halda istifadə edirlər:

 

“Xarici istehsal semenetdən istifadə edilir. Hesab edirəm ki, sementin qiymətinin 5-6 faiz artımı tikintidə maya dəyərinə çox təsir etməyəcək. Sementin mənzil tikintisində xərclər üzrə ümumi portfeldəki çəkisi 7-10 faiz arasında dəyişir. Mənzillərin dəyərindəə 1,5 faiz artım müşahidə edilə bilər”.

 

R.Osmanlı deyir ki, Azərbaycan sementə olan tələbatını tam ödəmir. Yerli istehsal daxili tələbatın təqribən 50 faizini təşkil edir.

 

Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyon 658,9 min ton sement istehsal olunduğunu açıqlayıb. 

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyevə görə, yeni evlərin hər kvadratmetr üzrə qiymətinin 30 manat artması üçün bütün tikinti materiallarının qiymətləri 20% bahalaşmalıdır:

 

“Tikinti materialları bazarında isə bu ay artım müşahidə edilmir”. 

 

O bildirir ki, tikinti materiallarının evlərin maya dəyərində çəkisi 50-60% civarındadır:

 

“Digər hissə əməkhaqqı ilə bağlıdır. Ona görə də bu səviyyədə artım görmürük”.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla