Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Rəşad Sadıqov tanış məşqçilərə rəqib oldu

Media24.az      8 Yanvar , 11:05

Yanvarın 10-dan 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) rəqiblərindən biri bəlli olub.

 

Media24.Az oxu.az-a istinadən xəbər verir ki, yığmanın baş məşqçisi kimi Rəşad Sadıqov Gürcüstana rəqib olub.

 

Qonşu ölkə təmsilçisi ilə görüş yanvarın 23-də baş tutacaq. Bu oyun Antalyanın Lara bölgəsində keçiriləcək. Gürcüstan millisinin baş məşqçisi Qiya Tsetsadzedir.

 

Qeyd edək ki, Qiya Tsetsadze Rəşad Sadıqova tanış simadır. O, "Samtredia"nın baş məşqçisi kimi Sadıqovun şərəfini qoruduğu "Qarabağ"la Çempionlar Liqasının təsnifat mərhələsində görüşüb. Qonşu ölkənin gənclərdən ibarət yığmasının məşqçilərindən biri də Zurab Xizanişvilidir. O isə ölkəmizdə "İnter" (indiki "Keşlə" - red.) klubunun şərəfini qoruyub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla