Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Böyrək axarlarında sekresiyanın pozulması

Media24.az      7 Yanvar , 23:20
Böyrək axarlarında sekresiyanın pozulması

Böyrək axarlarının divarında olan epitel hüceyrələrinin sekretor fəaliyyəti yumaqcıqların filtirasiya yolu ilə keçə bilməyən bəzi maddələrin orqanizmdən xaric edilməsinə imkan verir.Böyrəklərdən sekresiya yolu ilə boyaq maddələri (konqorot,meütilen abısı),tərkibində yod daxil olan üzvi maddələr(diyodtrast),bəzi dərmanlar(pensillin)xaric oluna bilir.

 

Media24.Az immunitet.az-a istinadən bildirir ki, orqanizmdə ATF -in funksiyası pozulduqda isə sekresiya prosesi kəskin surətdə zəifləyir.Böyrək çatışmazlığı da sekresiya funksiyasının pozulması ilə müşahidə edilir. Bu zaman qanda orqanizmdən xaric olunmalı maddələrin miqdarı artır.Buna görə də böyrək çatışmazlığı olan xəstələrə antibiotiklərin istifadəsi ehtiyatla həyata keçirilir.Bəzi böyrək xəstəlikləri zamanı böyrəklərin axacaqları atrofiyaya uğrayır ki, bu zaman böyrəklərin fəaliyyəti tam dayanır.

 

Böyrək borucuqlarının zədələnməsinə və atrofiyasına aşağıdakı xəstəliklər səbəb ola bilir:
- xroniki xəstəliklər
- hydrogen ionlarının sekresiyasını təmin edən fermentlərin irsi qüsurları
- karbohidrazanın aktivliyini azaldan dərman preparatlarının qəbulu
- ammoniogenez proseslər.

 

Bu proseslər pozulduqda orqanizm çoxlu Na və HCO3 ionları itirir.Bu zaman sidikdə turş fosfatların miqdarı azalır və qələvi fosfatların miqdarı artır.Beləliklə sidik qələvi reaksiyalı olur və orqanizmdə mübadilə asidozu əmələ gəlir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla