Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Uşaqlarınızı dərmansız belə müalicə edin! - Həkimlərdən VACİB MƏSLƏHƏT

Media24.az      6 Yanvar , 20:37

Böyüməkdə olan uşaqların gündəlik həyatda qarşılaşdıqları ağrılara qarşı dərmandan istifadə etmədən, müxtəlif təsirli metodlarla onları müalicə etmək mümkündür.

 

Media24.Az publika.az-a istinadən xəbər verir ki, uşaq xəstəlikləri üzrə mütəxəssislər Ebru Gözər və Ayşə Sokullu bu barədə açıqlama veriblər.
Həkimlərin birgə araşdırmasında qeyd olunur ki, ağrını dəyərləndirməkdə ilk növbədə ona səbəb olan problemi dəqiq müəyyən etmək və həmin səbəbə qarşı mübarizə aparmaq lazımdır.
Həkimlər bildirir ki, adətən, 3-10 yaş arasındakı uşaqlarda gündüz heç bir problem olmasa da, əsasən axşamüstü və gecə saatlarında dizlə topuq arasında ağrılar ola bilir. Bu ağrı çox vaxt adi bir masajla müalicə edilə bilər. Səhəri gün isə uşaqda heç bir problem olmayacaq. Bu ağrılar əsasən, sürətli inkişaf və çox hərəkətli dövrlərdə müşahidə edilir. Uşağın yaşı və inkişafı ilə əlaqədar olaraq ən çox rast gəlinən ağrılar - təkrarlanan qarın, baş ağrıları, eləcə də, ekstremal ağrılardır.

 

Həkimlərin sözlərinə görə, uşaqların oynaq ağrılarının revmatizm ağrılarından ayırd etmək üçün onun aktivliyinə diqqət etmək lazımdır:
"Böyümə ilə bağlı müşahidə edilən ağrılar gündüzlər müşahidə edilmir və bu zaman uşaqlar hərəkət etməkdə çətinlik çəkmirlər. Oynaqlar sərbəst olur və masajla ağrılar aradan qaldırılır. Revmatizm ağrılarında isə oynaqlar ağrıyır və hərəkətləri məhdudlaşır. Hətta oynaqlara toxunanda belə ağrılar şiddətlənə bilir. Revmatizm ağrılarında səhər saatlarında ayaqların tutulması tipik haldır, uşaq hərəkət etdikcə oynaqlar açılır".

 

Ebru Gözər və Ayşə Sokullu uşağın yaş qrupuna və ağrılarının səbəbinə görə dərmansız müalicə strategiyaları belədir:

 

0-12 ayda uşaqlarda qaz, bağırsaq sancıları və digər qarın ağrısı oxşama, sığallama, əmzik vermə, layla demə kimi üsullarla aradan qaldırıla bilər.

 

1 yaşdan sonra uşaqlarda bədən ağrılarını aradan qaldırmaq üçün valideynlərinə yaxın olması, oyuncaqları ilə oynamaq və ya diqqəti yayındırmaq üsullar effketli olar.
Məktəb yaşına yaxın dövrlərdə nağıl qəhrəmanlarına oxşatmaq, mükafatlandırmaq faydalıdır.

 

Məktəb yaşında ağrı hissi yaşayacağı məqamlardan əvvəl onu məlumatlandırmaq, proses vaxtı isə müsbət istiqamətli söhbət, nəfəs məşqləri, mükafatlandırma üsulları istifadə edilə bilər.
Yeniyetməlik dövründə isə ağrılı prosedur haqqında əvvəldən detallı məlumat vermək və mümkünsə üsul seçiminə özünün qərar verməsi şansını yaratmaq daha yaxşı olar.
Xüsusən həzm çətinlikləri, bağırsaq qazları ilə bağlı ağrılar və inkişafla bağlı ağrılarda uşaqla işbirliyi, inam yaratma və masajlar təsirli ola bilər.
Həkimlər bildirir ki, körpə və uşaqlarda ağrının anlaşılması və ona reaksiya yaş qrupuna görə dəyişir.

0-3 ay qrupunda uşaqlar ağrını lokallaşdıra bilmir və reflekslə reaksiya verir.

3-6 ay arasında uşaqlar ağrıya kədərli və əsəbi rekasiya verir.

6-18 ayda uşaqlar ağrını lokallaşdıra bilir və onu qorxu ilə qarşılayır.

18-24 ay arasında uşaqlar ağrının mənasını bilir və onunla mübarizə yolları belə tapa bilər.

24-36 ay arasında uşaqlar ağrını müəyyən edir və onun qarşısını almaq üçün tədbirlər görə bilir.

36-60 ayda ağrını müəyyənləşdirir və dəyərləndirir.

5-7 yaşda ağrının şiddətini səviyyələndirir.

7-10 yaşda uşaq nə üçün və niyə ağrıdığını anlayır.

11 yaşdan sonra isə ağrı ilə bağlı daha detallı məlumat verə bilər.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla