Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xalq artistindən ETİRAF: "Çox problemli insanam, ancaq səhnədə gülürəm"

Media24.az      5 Yanvar , 22:07

Xalq artisti Fatma Mahmudova etiraf edib. Aktrisa Milli.Az-a açıqlamasında komediya oynamağın onun üçün heç də asan olmadığını bildirib:

 

"Mən yalnız səhnədə fikrimi cəm edib komediya oynaya bilirəm. Həyatda isə çox problemli insanam. Nə yaxşı ki, səhnə, seriallar var. Həyat başqa şeydir, gülüş başqa, səhnə isə tamam başqa. Ən yaxşı gülüş isə insanın qanından, canından gəlməlidir.

 

Aktyor gülməməlidir, o insanlara təbii gülüş bəxş etməlidir. Hər şey obrazdan irəli gəlir. Komediya janrını oynamaq da hər aktyorun işi deyil. Əgər bu gün 30, 40 tamaşaçını ürəkdən güldürüb, ona təbii gülüş bəxş edə bilirsənsə, o, böyük şeydir. Biz də sənətkarlara baxıb öyrənmişik, amma şərt baxıb öyrənməklə deyil. Gərək insanın canında da olsun" .

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla