Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Fərqanə Qasımova boşanma xəbərindən danışdı: "Problemlər oldu"

Media24.az      4 Yanvar , 23:00
Fərqanə Qasımova boşanma xəbərindən danışdı:

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Ailem.az-a müsahibə verib.

 

Media24.Az axşam.az-a istinadən xəbər verir ki, Qasımova həm şəxsi, həm də iş həyatından danışıb.

 

O, bir müddət əvvəl ailəsindən ayrılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

 

"Bir müddət əvvəl ailəmdə müəyyən problemlər oldu. Bu cür problemlər hər kəsin ailəsində olur və ola bilər. Deyim ki, ailə problemi sənətlə bağlı bir şey deyil. Tam ailənin içi ilə bağlı bir məsələdir. Amma yayılan məlumatlar, hətta bu problemlər olmamışdan qabaq çıxmışdı. Çünki nədənsə bəzi adamlar olandan çox olmayan şeylərdən danışmağı daha çox sevirlər. Mən onda çox gənc idim, çünki gənc ailə qurmuşdum. Bu sözlər mənim qulağıma çatanda çox pis oldum ki, nəyə görə mənim haqqımda olmayan şeylər danışırlar? Sonradan ailəmdə müəyyən problemlər oldu. Yəni hər kəsin ailəsində olduğu qədər. Amma şükür Allaha ki, aşdıq o problemləri. Hazırda ailəmlə bir yerdəyəm. İndi özümə ailə xoşbəxtliyi və həyat yoldaşımla birgə uzun ömür arzu edirəm...".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla