Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Məni anım günümdə deyil, ad günümdə xatırlayın"

Media24.az      4 Yanvar , 19:52

Türkiyənin məşhur rok, pop və müasir türk sənətçisi, televiziya aparıcısı Barış Mançonun doğum günüdür.

 

Kult.az xatırladır ki, o, 1943-cü ildə İstanbulda dünyaya gəlib, 1999-cu ildə elə orada vəfat edib. Türkiyədə rok musiqinin qabaqcıllarından sayılan sənətçi musiqiyə "Qalatasaray" liseyində başlayıb.

 

Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib. Milyonlarla insanın qardaşı olan Barış Mançonun “Dünəndən bugünə”(1972) (Sayan), “Yeni bir gün” (1979) (Yavuz və Burç Plakçılık), “20 sənət ili Disko Manço” (1980) (Türküola), “Dəyməsin yağlı boya” (1986) (Plakçılık) və s. albomları çıxıb.

 

Yazdığı vəsiyyətində ifaçı öldüyü gündə deyil, doğum günündə xatırlanmasını istəyib.

 

O, vəfat etməzdən öncə ömrünün 40 ilinə həsr etdiyi “40-cı il” mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı “Mançoloji” albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon satılaraq rekord qırıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla