Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

ABŞ-da vəfat edən xalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir

Media24.az      3 Yanvar , 10:25
ABŞ-da vəfat edən xalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir

Xəbər verdiyimiz kimi, dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 88 yaşında ABŞ-da vəfat edib.

 

Media24.Az virtualaz.org-a istinadən xatırladır ki, maestro Ç.Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

 

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

 

Çingiz Sadıxov müxtəlif vaxtlarda böyük sənətkarlar Rəşid Behbudovu, Bülbülü, Müslüm Maqomayevi və başqalarını müşayiət edib.

 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çingiz Sadıxovun yaradıcılığını yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, məhz o demişdi ki, “Çingiz Sadıxov royalı Azərbaycan milli alətinə çevirdi”.

 

Ç.Sadıxov Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adları ilə təltif olunub.

 

Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayırdı. Müslüm Maqomayev kimi o da özünün Vətəndə dəfn olunmasını vəsiyyət edib.

 

Görkəmli musiqiçinin həyat yoldaşı Xavər Sadıxova ərinin son xahişini yerinə yetirmək istəyir və Çingiz Sadıxovun tarixi vətənində dəfninin təşkilinə köməklik göstərilməsi üçün Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə müraciət edir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla