Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Nə var, onu yazın- Vitse-spikerdən jurnalistlərə MÜRACİƏT

Media24.az      15 Dekabr , 14:16
Nə var, onu yazın- <font color=red>Vitse-spikerdən jurnalistlərə MÜRACİƏT</font>

Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mətbuatın və QHT-lərin Silahlı Qüvvələr üzərində nəzarətinə, məhdudiyyətin aradan qaldırılmasına edilən etirazlara münasibət bildirib.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, Z.Əsgərov mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsilə lazımi şərait yaradıldığını və bundan artığını etməyin düzgün olmadığını deyib.

 

O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib: “ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək, istəyirsiniz? İndi ABŞ kimi deyək ki, “gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq?”

 

Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq, “Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!”, - söyləyib.

 

Z. Əsgərov bildirib ki, Azərbaycan Ordusu dünyanın ən demokratik ordularındandır: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil. Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.

 

Z. Əsgərov Azərbaycan Ordusuna düşməni öz ərazimizdən qovmaqla yanaşı, işğalçı ölkə ərazisində təqib etməsi səlahiyyətinin verilməsin təklif edən deputat Tahir Kərimlinin fikirlərinə də reaksiya verib: “Tahir müəllim, o halda bu, işğal sayılacaq”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla