Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Əlavə pul qazanmaq istəyən müəllimlərə – ŞAD XƏBƏR

Media24.az      13 Dekabr 2017, 15:53

Dövlət İmtahan Mərkəzi ingilis dili fənni üzrə müəllimləri, mütəxəssisləri, magistrləri yazı işlərinin yoxlanılması prosesində marker qismində iştirak etmək üçün dəvət edir.

 

Mərkəzdən Media24.Az-a verilən məlumata görə, markerlərin funksiyaları yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi olacaq.

 

Marker olmaq üçün ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri, xarici dil müəllimliyi (ingilis dili); dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), filologiya (ingilis dili və ədəbiyyat), tərcümə (Azərbaycan dili - ingilis dili) ixtisaslarından biri üzrə ən azı bakalavr təhsilinə malik olanlar dekabrın 30-dək müraciət edə bilərlər.

 

Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə indiyədək yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllimin seçilərək marker kimi hazırlandığını açıqlayıb.

 

O qeyd edib ki, ötən il həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı verilib. Müəllimlər əməkhaqlarını yoxladıqları yazı işlərinə görə alıblar.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla