Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məşhur idmançının ailəsində faciə: arvadı qızını doğradı, oğlunu boğdu - FOTO

Media24.az      13 Dekabr , 15:43

İtaliyanın və Avropanın ən məşhur reqbiçilərindən olan italyan Andrea Benattinin ailəsində məşum faciə yaşanıb. İdmançının 39 yaşlı arvadı Antonella Barbyeri 2 yaşlı qızı Kimi yataqda yastıqla boğandan sonra 5 yaşlı oğlu Lorenso Zevsi maşına oturdub.

 

Media24.Az milli.az-a istinadən bildirir ki, yolda qadın mətbəx bıçağı ilə oğlunun başını kəsib, sonra da intihar etməyə çalışıb.

 

Olay İtaliyanın Lombardiya vilayətindəki Suzarra şəhərində yaşanıb.

A.Barbyerinin salonu qan içində olduğunu görən yoldan keçənlər təcili yardım çağırıblar. Psixi problemləri olan qadını Reccio-Emiliya şəhərindəki "Santa Maria Nuova Hospital"a aparıblar.

 

A.Barbyeri indi ağır vəziyyətdədir. O, həkimlərin yardımından imtina edir, "Pis iş görmüşəm, ölmək istəyirəm!" deyir.

 

Görmə qabiliyyəti zəifləmiş Andrea Benatti son illər bizneslə məşğul olurdu. O, ailəsindəki faciə barədə işdə olarkən xəbər tutub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla