Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Salyandakı qətliamın dəhşətli sirləri açılır - Ana öldürüldükdən sonra oğul ....

Media24.az      13 Dekabr , 12:30

 Salyanda əri tərəfindən qətlə yetirilən Mehbarə Qurbanovanın və dörd qızı İradə, Rəqibə, Sevda və Ümidənin yas mərasimi verilən evdəyik.

Mehparə Qurbanovanın qardaşı Elnur Qurbanov deyir ki, cəsədlərdən biri nisbətən təzəymiş. Ardınca açıqladığı fakt isə sözün əsl mənasında tükürpədicidir. Sən demə, Fəqan Əliyev anası öldürüləndən sonra onun işlədiyi yerə gedərək, verilməmiş iki aylıq məvacibini alıb:

 

"Görün bu nə qədər vicdansız adamdır ki, gedib bacımın işlədiyi yerdən onun iki aylıq məcavibin bir ayını alıb. Soruşublar ki, anan hardadır? Deyib ki, xəstələnib, Bakıda müalicə etdiririk. Həmin pulu da aparıb xərcləyiblər".

Mehbarə Qurbanovanın bibisi qızı Təranə xanım isə düşünür ki, Fərhad Əliyevin qohumlarından heç kimin yas mərasiminə gəlməməsi onlarda müəyyən şübhələr yaradır:

 

"Onların evlərinin hasarı yoxdur. Digər iki qardaşın pəncərəsi bunların evinə açılır. O boyda iyi, səs-küyü bunlar eşitməyə bilməzdilər".

 

Qohumu hesab edir ki, M.Qurbanova və qızlarının qətlə yetirildiyi ev sökülməli və yerində uşaq parkı tikilməlidir:

 

"Həmin ev Fərhadgilin ata mülküydü, bütün qardaşların orada gözü var idi. Çox istərdik ki, həmin ev sökülsün, yerində park salınsın. Çünki Nə Mehbarə, nə də qızları o evdən bir xeyir görmədilər.  Xoşqədəm xanımdan da çox razıyıq ki, Yufis Mustafayevin vaxtında cavabını verdi. O düşünmədən danışdı. Ancaq sağ olsun, imkan vermədi ki, haqqımızda nahaq danışsın. Rayon rəhərliyi də bizə qardaş oldular. Bu günlərdə yanımızda idilər. Nə yaxşı ki bu işin üstü açıldı. Çünki hərə bir söz deyirdi. Təmiz adları oldu, kimlərinsə yanında xəcalətli qalmadıq". 

 

M.Qurbanovanın qardaşı E.Qurbanov deyir ki, tez-tez bacısının qətlə yetirildiyi evə gedirmiş, ətrafdakılardan bura kiminsə gəlib-gəlmədiyiylə maraqlanırmı. Qətldən iki il sonra bacısının evinə gedərkən görür ki, həyət-baca səliqəyə salınıb, ağaclar budanıb. Sən demə, F.Əliyev bunu diqqət çəkməmək, şühbə yaratmamaq üçün edirmiş. 

Qurbanovanın qardaşı Elnur isə bu ərəfələrdə F.Əliyevin qohumlarının onlara "Televiziyaya çıxıb bizi biabır elədiniz. Onlar ya Türkiyədə, ya da Dubaydadırlar" formasında tənələr edildiyini söyləyir. 

 

Sözügedən hadisəni il olaraq ictimailəşdirən "Səni Axtarıram"ın aparıcısı Xoşqədəm Hidayətqızı isə bildirir ki, qətlə yetirilən dörd qız və ananın məzarüstü abidəsi layihənin hesabına götürüləcək:

 

"Belə qərara gəldik ki, məzar daşlarını biz qoyduraq. Sizə təsəlli vermək asandır. Amma durumunuz çox çətindir. Deyiləsi dərd deyil. Özümü sizin yerinizə qoya bilmərəm. Çünki bu dərdi hiss etmək üçün sizin yerinizdə olmaq lazımdır".

 

Arvatan kənd qəbristanlığındayıq. Dəhşətli sözü bu mənzərənin qarşısında o qədər bəsit və cılız görünür ki... Ən yaxşısı yazını bitirək. Gerisini özünüz görün. 

Mənbə:Ölkə.az

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla