Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR

Media24.az      24 Noyabr 2017, 08:19

2017-ci ilin oktyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,46 faiz artıb.

 

Media24.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

 

Onun sözlərinə görə, ötən ay torpaq bazarı, eləcə də mənzil və kommersiya obyektlərinin icarəsi bazarı artım nümayiş etdirib.

 

O qeyd edib ki, hesabat dövründə torpaq bazarında qiymətlər 1,61 faiz, mənzil kirayəsi bazarında 6,06 faiz, kommersiya obyektlərinin kirayəsi 4,73 faiz bahalaşıb: "İlkin mənzil bazarında qiymətlər 0,41 faiz, təkrar mənzil bazarında 0,75 faiz, kommersiya obyektləri bazarında 4,88 faiz azalıb".

 

Ekspert qeyd edib ki, ilin əvvəlindən bazarda qiymətlər 9,16 faiz azalıb.

 

Onun sözlərinə görə, ümumilikdə qiymətlərin ucuzlaşması bir qədər azalıb, torpaq bazarı və mənzil kirayəsi bazarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 4,71 faiz və 16,22 faiz artıb. Bazarın digər seqmentləri azalma nümayiş etdirib: "İlkin və ikinci mənzil bazarlarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 10,46 faiz və 4,31 faiz, kommersiya obyektləri bazarında 19,01 faiz, obyektlərin icarəsi bazarında isə 15,38 faiz azalıb".

 

Onun sözlərinə görə, oktyabr ayında qiymətlərin artımı mövsümi xarakter daşıyır: "Bu, adi haldır, yayda bir qədər azalmadan sonra payızda bazar fəallaşır. Biz bu il də bu prosesi müşahidə edirik. Fikrimcə, noyabr və dekabr aylarında qiymətlər artmaqda davam edəcək. İlin sonunadək qiymətlər daha 3-5 faiz bahalaşa bilər".

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla