Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Quldurluq edən transseksuallar: Adım Nurlandır, dostlarım mənə "Pərvanə" deyir

Media24.az      20 Noyabr , 14:10

Fahişəliklə məşğul olan transseksuallar – “Pərvanə” ləqəbli 27 yaşlı Nurlan Hacımayılzadə, “Aygün” ləqəbli, 21 yaşlı Adəm Lətifov, “Hülya” ləqəbli, 20 yaşlı Saleh Sadıxov və “Banu” ləqəbli, 20 yaşlı Taleh Mirzəyev, barələrində olan hökmdən apellyasiya şikayəti verib.

 

Media24.Az-ın Lent.az-a istinadən xəbərinə görə, ittihamda yazılıb ki, qrup üzvləri “KamAZ” sürücüsünü döyüblər. Onlar cinayəti öncədən planlaşdıraraq, Qaradağ rayonundan Gədəbəyə daş aparan yük maşını sürücüsü Taryel Məmmədovu döyərək cibindən pulunu götürüblər.

 

“Aygün” ləqəbli Adəm Lətifov əvvəllər xuliqanlığa görə 1 il islah işləri ilə cərimələnib. O deyib ki, daima yol kənarında dayanıb, yük maşını sürücüləri ilə əlaqədə olub: "Bunun müqabilində 10-15 manat pul qazanmışam. Hadisədən əvvəl bir həftə idi, müştəri yox idi, pulumuz da qurtarmışdı. Məsləhətləşib, belə bir iş görmək qərarına gəldik. Elə 10 dəqiqə sonra “KamAz” dayandı, sürücü düşüb ayaqyoluna getdi. Mən də yaxınlaşıb iradımı bildirdim, məni söydü. Əsəbləşib qarnından təpiklə vurdum, yerə yıxıldı. “Banu” gəlib onun cibindən pulunu götürdü. Sürücü durub üstümüzə gəlirdi, “Pərvanə” ilə “Hülya”ya dedim ki, ona daş atın. Daşlar avtomaşına dəydi, sürücü qorxub geri qayıtdı. Biz də taksiyə oturub şəhərə gəldik. Pul 400 manat idi, aramızda böldük. Xocasən yolunda müştəri gözləməyə başladıq”.

 

"Pərvanə” ləqəbli, 27 yaşlı Nurlan Hacımayılzadə də oxşar ifadə verib: “Adım Nurlandır, amma dostlarım mənə "Pərvanə" deyir. Avtobus sürücüsünün pulunu almışıq".

 

"Pərvanə" qeyd edib ki, narkotiklə də həbs edilib: "Bundan əvvəl “Papanin”də tanımadığım adamdan 40 manata 2 kibrit qutusu marixuana aldım, səhəri gün polis gəlib məni tutdu”.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacımayılzadə 6 il, A.Lətifov 5 il 3 ay, S.Sadıxov 5 il, T.Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti verib.  Prosesin ilkin baxış iclası noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla