Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Qolumda öldü" - Gədəbəydə bıçaqlanan gəncin ailəsi danışdı

Media24.az      18 Noyabr 2017, 14:38

Gədəbəydə gənclərin mübahisəsi qanlı sonluqla nəticələnib.

 

Media24.Az ARB TV-yə istinadla xəbər verir ki, qanlı olay Gədəbəy rayonunun Söyüdlü kəndində baş verib.

 

33 yaşlı Rəşad Süleymanov həmkəndlisi 27 yaşlı İbrahim Həsənəliyevi bıçaqlayıb. Sonuncu yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Nəcəf Həsənəliyev - Mərhumun atası: "Qonşunun maşını ilə aparanda qarşımıza təcili yardım çıxdı. Təcili yardımda bir iynə vurdular, xəstəxanaya apardıq. Xəstəxanada dedilər buna xeyri yoxdur, bunun şah damarı üzülüb. Heç nə, qolumda öldü".

 

İbrahim Həsənəliyevin anası Ceyran Həsənəliyevanın sözlərinə görə, oğlu hadisədən bir qədər əvvəl onunla telefon əlaqəsi yaradıb. Kəndin mərkəzində həmkəndliləri olduğunu deyən İbrahim bir azdan evə gələcəyini bildirib, ancaq bir neçə dəqiqə sonra ana oğlunun bıçaqlandığını eşidib.

 

Ceyran Həsənəliyeva - Mərhumun anası: "Telefonla mənimlə danışan vaxtı vurub. Anidən vurub özü də, ölümcül yerindən vurub. Bu biləndir, damarına vurub. Birini də ürəyinə vurub, amma deyirlər 3-4 dəfə vurulub. Özü də ictimai yerdə vurub".

 

Hadisədən sonra polis və prokurorluq əməkdaşları cinayət törədilən əraziyə gəliblər. Zəruri istintaq hərəkətləri aparılıb, şahid ifadələri alınıb. Cinayəti törədən Rəşad Süleymanov saxlanılaraq istintaqa təqdim olunub.

 

Qətlə yetirilən İbrahim Həsənəliyev ailəlidir. İki övladı var. Qətlin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla