Ana səhifə Astrologiya
26 May 2017
Bakı 16 °
72%

Pensiyaların verilməsinə başlanılıb - Yenilənib

Pensiyaçılara şad xəbər.

Media24.az-ın əldə etdiyi məlumata görə, bu gündən etibarən pensiyaların verilməsinə başlanılıb.

 

Yanvar ayı üzrə pensiyaların verilməsinə ilk olaraq Bakı şəhərindən başlanılıb. Yaxın günlər ərzində bütün ölkə boyu pensiyalar sahiblərinə çatacaq. 

 

*****

12 yanvar 

Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır.

 

Burədə Media24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil: 

 

"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib. 

Cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil."


Elman Babayev əlavə edib ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

14 Yanvar 2017, 09:27    Müəllif: Media24.az    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az