Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Rektor küsdürdükləri Milli Qəhrəmanı universitetə çağırdı, amma... (YENİLƏNDİ)

Media24.az      12 Yanvar 2017, 15:38

Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasından dərhal sonra təhsil ocağının rəhbərliyi onunla əlaqə saxlayıb.

 


Bu barədə Modern.az-a Məhəmməd Həsənov məlumat verib.


“Bu haqq-hesabdan sonra Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva mənimlə telefon əlaqəsi yaratdı. Dedi: “Gəlin, görüşək. Peşman olmazsınız”.


Sadəcə, qəlbim sınan yerə ikinci dəfə getmirəm. Mənimlə bu cür rəftar etməməliydilər. Mühafizəçiyə vəsiqəmi göstərib Milli Qəhrəman olduğumu dönə-dönə dedim. Ali təhsilimi də orada almışam. Goranboyda bir rusdilli məktəb var, onun da direktoru mənəm. Əgər məni qəbul etmədilərsə, mənə daha heç nə lazım deyil”.


Məhəmməd Həsənov bu gün keçirdiyi daha bir görüşdən də söz açıb.


“Bu gün Xarici Dillər Universitetində oldum. Məni çox yüksək səviyyədə qarşıladılar. Universitetin rektor əvəzi Əfqan Abdullayev mənimlə maraqlı görüş keçirdi.
Çox səmimi rəftar etdi. Universitetdən xoş təssüratla ayrıldım. Bir azdan Goranboya yollanacağam. Şagirdlərə qarşılaşdığım xoş mənzərə haqqında danışacağam. Şagirdləri Xarici Dillər Universitetinə yönəldəcəyəm. Halbuki, mən bu cür münasibəti Bakı Slavyan Universitetindən gözləyirdim”.


Qeyd edək ki, Milli Qəhərman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə rəhbərlik tərəfindən buraxılmaması mətbuatda səs-küyə səbəb olub.

 

***

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.

 

 

Bu barədə Məhəmməd Həsənov özü məlumat verib.

 

O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş.

 

"Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.

 

”Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər”.

 

Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini istina etməyib.

 

"Bir neçə il bundan qabaq universitet tərəfindən bir kitab nəşr olunmuşdu. Kitabın bir hissəsi mənim Milli Qəhrəmanlığımdan bəhs edir. O kitabı gətirib özlərinə qaytaracam. Bir universitet ki, öz Milli Qəhrəmanına bu cür hörmət edir, ona nə deyə bilərəm ki?! Amma bu məsələni bu cür də qoymayacam. Dəfələrlə təhsil naziri Mikayıl Cabbarovla görüşümüz olub. Məhz bu cür kobud münasibətə görə, universitetlə bağlı Mikayıl Cabbarova şikayət edəcəm”.

 

Qeyd edək ki, bir neçə ay öncə universitetin üzlüyündəki mozaikanın yeni rektor Nurlana Əliyevanın göstərişi ilə sökülməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla