Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 4 °
81%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

Türkiyə parlamentində dava: deputatın burnu sındırıldı - FOTO/VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı baş verən davada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini olan millət vəkili Fatih Şahinin burnu sınıb.

 


Media24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə TBMM-nin AKP-dən olan digər deputatı Mustafa Elitaş bildirib.


M.Elitaş davaya görə Cümhuriyyətçi Xalq Partiyasından (CHP) olan millət vəkillərini ittiham edib:


“Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı CHP-çilər tribunanı işğal etmişdi. AKP-çi deputatlar buna etiraz edən zaman dava baş verdi. Millət vəkilləri yumruq davasına çıxdılar. Bir neçə millət vəkili yaralanıb və xəsarət alıb”.


Qeyd edək ki, TBMM-də Konstitusiyanın 3-cü maddəsinin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt hakim Ədalət və İnkişaf (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.


Dava üzündən səsvermə yarımçıq qalıb. Bir qədər sonra isə maddə qəbul olunub. Maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, həmçinin bundan sonra hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.

 

Publika

12 Yanvar 2016, 14:21    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20