Ana səhifə Astrologiya
28 Aprel 2017
Bakı 14.7 °
65%

Türkiyədə zorlanan azərbaycanlı - Ayşə Armana müsahibə verdi

Ankarada cinsi hücuma məruz qalan azərbaycanlı qadın Türkiyənin ən məşhur jurnalistlərindən olan Ayşə Armana müsahibə verib.

 

37 yaşlı S. ilə söhbətləşən Ayşə Arman yazısında qadının psixoloji olaraq çökdüyünü, yaşananlara görə özünə haqsız qınaqlar yağdırdığını qeyd edib. Onun sözlərinə görə, S. bütün gün ağlayaraq “Kaş ki, gözəl olmasaydım. Hətta çox çirkin olsaydım”, - deyir.

Arman qeyd edir ki, S. hadisəni xatırladıqca “Ölməyə üstünlük verərdim, o qədər əzab çəkirəm ki,.. Təcavüzə məruz qalarkən kaş ölmüş olsaydım. Kaş, kaş... Həmişə ağlayıram.Tərif edilməyəcək qədər kədərliyəm. Bir də, sanki mənim bir təqsirim varmış kimi utanıram. Hirsliyəm də. Bir çox insan mənim yanımda olduğunu deyir, vəkilim demək olar 24 saat yanımdadır, məni heç vaxt tək qoymur. Məncə, özümə bir şey edəcəyəm deyə qorxur. Çox dəstək var -bütün qadınlardan, qadın təşkilatlarından. Amma yenə də özümü tək hiss edirəm. Sanki həyatım bitib. Çox pisəm”,- sözlərindən istifadə edir.

Sonda qadın onu da əlavə edib ki, sürücünün layiqli cəza almayacağından, azadlığa buraxılacağından çox qorxur.

Qafqazinfo

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

12 Yanvar 2017, 14:15    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az