Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur

Media24.az      12 Yanvar 2017, 14:13

İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən “KVN - 2017” festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

Festivala Qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub.

Qondarma DQR-nin “С хлебом и солью” (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib. 

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. “С хлебом и солью” dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Şən və Hazırcavablar Klubunun bu addımı Azərbaycan mediasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“DQR” klubunun rəhbəri Georgi Avetisyan azərbaycanlıların sərt reaksiyasına münasibət bildirib.

O, qeyd edib ki, KVN hər zaman siyasətdən kənar olub:

“Bu bizim komanda üçün sayca 3-cü festivaldır. Ümid edirik ki, uğurlu çıxımız olar, yüksək tura keçə bilərik. Belə hal birinci dəfə deyil. Biz siyasətin içində deyilik. Ümumiyyətlə, KVN həmişə siyasətdən uzaq olub. Bu cür hallara heç bir reaksiya vermirik”.

“Qafqazinfo” mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Onlar məsələyə şərh bildirməyiblər.

Xatırladaq ki, festival yanvarın 23-ə kimi davam edəcək.

Komandanın yarış üçün aldığı dəvətnaməni və onların siyahıya daxil edilməsini sübut edən sənədləri təqdim edirik:

Qafqazinfo

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla