Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sabah hava yağıntılı olacaq

Media24.az      12 Yanvar 2017, 14:08

Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.


Havanın temperaturu Abşeronda gecə 2-4, gündüz 8-11 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla