Ana səhifə Astrologiya
18 Yanvar 2017
Bakı 6 °
87%
EUR: 1.8959
USD: 1.7867
RUB: 0.0300
TRY: 0.4754
Reklam yeri

Azərbaycanda tikintiyə dair YENİ ORQAN

Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 11 yanvar 2016-cı il tarixli fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifələri sırasına daxil edilib.
Müvafiq olaraq dövlət başçısı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman da imzalayıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmana əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi. Dəyişikliyə əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını artıq birbaşa deyil, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etməlidir.(APA)

11 Yanvar 2016, 23:56    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20