Ana səhifə Astrologiya
25 Fevral 2017
Bakı 18 °
34%
RUB: 0.0303
TRY: 0.4888
EUR: 1.8490
USD: 1.7475
Reklam yeri

Prezidentdən evsiz ailələrə - Şad xəbər

Bakı qanunsuz tikililərdən təmizlənəcək.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Prezident bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi çərçivəsində yeni şəhərcik, hündürmərtəbəli 29 yaşayış binası, məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək:

“İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək”.

İlham Əliyev köhnəlmiş mənzil fondunun yerində müasir binaların tikintisi prosesinə də start verildiyini vurğulayıb: “Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək. Təkcə sadalanan layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq.

İnşaat sektorunun inkişafı bütün bölgələrdə nəzərdə tutulmalıdır. Sahibkarlar bilməlidir ki, bu layihələr çərçivəsində çox böyük işlər görüləcək”.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 23:53    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20