Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Vahid Mustafayev Mehman Hüseynova dəstək çıxdı

Media24.az      11 Yanvar 2017, 23:34

ANS-in rəhbəri Vahid Mustafayev son günlər baş verənlərlə bağlı sosşəbəkə fəalı Mehman Hüseynova dəstək çıxıb.

Media24.az onun fikirlərini təqdim edir:

“Çox təəssüf edirəm ki, bizim, uğrunda vuruşduğumuz doğma Azərbaycanımızda Mehman Hüseynovun başına gələn hadisə yer alıb.
Adam itir, sonra tapılır… Mən Mehman Hüseynovu şəxsən tanımasam da, sosial şəbəkədən onun “Rembo” və ya “Komandos” olmadığının şahidi oldum. Axı niyə bu gəncə qarşı səkkiz nəfər maskalı adam əməliyyat aparmalı idi, niyə bunu şəffaf şəkildə yaxınlaşıb, vəsiqə təqdim edərək bölməyə dəvət etmək olmazdı…
Ola bilər ki, kimsə nəyisə anlamasın… Bunun üçün hər bir sivil cəmiyyətdə olduğu kimi, bizim Azərbaycanda da ziyalılarımız və aydınlarımız var, həmin hadisədə iştirak edənlərin müəllimləri və valideynləri var.
Yadımdadır, dostum Mir Şahin 1992-ci ildə ANS-in proqramlarının birində liftə minməyə tələsənlərə bir sual vermişdi: “Cənablar, deməzsiniz, bu lift yuxarı gedir, ya aşağı?”. Elə-belə yadıma düşdü…”

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla