Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 4 °
81%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

Ağstafa sakini özünü güllələdi

Ağstafa rayon sakini ovda güllə yarası alıb.

Rayonun Kolayır kənd sakini 1984-cü il təvəllüdlü Kazımov Amil Arif oğlu sol ayağının aşağı hissəsinin güllə yarası xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. A. Kazımov əvvəlcə çöldə tonqal qaladığını və tonqalda yaranan partlayış nəticəsində xəsarət aldığını deyib. Daha sonra isə Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarına ovda ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəş nəticəsində ayağından yaralandığını deyib.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

11 Yanvar 2016, 23:30    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20