Ana səhifə Astrologiya
23 Fevral 2017
Bakı 7 °
61%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

Obamanın bu səhvi böyük müharibəyə səbəb oldu

Yanvarın 20-də postunu təhvil verəcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Con Brennan Barak Obamanı “ərəb baharı” ilə bağlı səhv siyasət aparmaqda ittiham edib.

C.Brennan Obamanın “ərəb baharı”nın mümkün nəticələrini səhv qiymətləndirdiyini deyib.
“Mən düşünürəm ki, Vaşinqtonda Prezident Administrasiyasının bəzi nümayəndələrinin də daxil olduğu qrupun “ərəb baharı”dan qeyri-real gözləntiləri var idi. Onlar hesab edirdilər ki, bu, rejimləri sıxışdıracaq və demokratiyanı inkişaf etdirəcək”, - deyə o bildirib.
CİA-nın şefi hesab edir ki, ABŞ-ın hərbi kontingentinin 2011-ci ildə İraqdan çıxarılması ilə ərəb ölkələrində qeyri-sabitlik daha da gücləndirdi:
“ABŞ qoşunlarının çıxarılması baş verənlərə birbaşa səbəb olmasa da, bu ümumi destabilizasiyanı sürətləndirdi. İŞİD-in təsir gücünün artmasına səbəb oldu. Lakin amerikalı əsgərlər İraqda qalsaydılar, onlar arasında itkilər olacaqdı. Bu baxımdan, ABŞ mürəkkəb seçim qarşısında qalmışdı”.
Rusiyalı politoloq Aleksandr İqnatenkon hesab edir ki, ABŞ Yaxın Şərqdə hər şeyi səhv etdi:
“Brennanın sözləri getməyə hazırlaşan Obama Administrasiyasının bir növ siyasi qiymətidir. Amerika kütlələrin üsyanını yanlış qiymətləndirdi, nəticədə isə qeyri-sabitlik və xaos yarandı”.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb Tədqiqatları Mərkəzinin böyük elmi işçisi Boris Dolqov hesab edir ki, Donald Tramp yanvarından 20-dən sonra “ərəb baharı”nın Yaxın Şərqdə yaratdığı problemləri həll etmək məcburiyyətində qalacaq:
"Tramp seçkiqabağı kampaniyasında ABŞ-ın xarici siyasətinə yenidən baxmağın vacibliyi haqqında danışırdı. Lakin buna nə dərəcədə nail olacağını demək hələlik tezdir. Andiçmədən sonra onun aparacağı siyasət və tutacağı mövqe Yaxın Şərqin də gələcəyinə təsir edəcək”.(Publika)

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 22:54    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20