Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"...ləçərliklə, həyasızlıqla səs toplayıb" - Mehriban Xanlarova məhkəmə ilə hədələdi

Media24.az      21 Oktyabr 2017, 14:15

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb.

 

Yeniçag.az-a açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib:

 

“Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan çıxanda məni qucaqlayıb, əlimdən öpdü. Qulağıma da pıçıldadı ki, səni çox sevirəm, bağışla, bu, bir oyundur. Mənim onunla əvvəllər problemim olmayıb, onu Oksanaya görə tanımışam. Ancaq şəxsiyyətimi təhqir edən şou-biznes nümayəndələri məni qarşılarında görəcəklər. Sosial şəbəkədə ağızlarına gələni yazırlar. Düzdür, ad çəkmirlər, amma yazırlar ki, əməkdar artist adını almaqla deyil, ləçərliklə, həyasızlıqla səs toplayıb. Bu da mənə ünvanlanmış ifadədi, çünki, “Maşın şou”da məndən başqa əməkdar artist olmayib.

 

Mənim arxamda heç kim yoxdur, səs verən insanlar hamısı tamaşaçılarımdır. Kim məni təhqir eləsə, həmin adam məhkəmədə qanun qarşısında cavab verəcək. O adama üzümü tutub deyirəm ki, özünü yığışdır, çaşma. Dünya dərəbəylik deyil”.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla