Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Dəfn mərasimində araq içən sürücü və arvadı belə öldü - ŞOK VİDEO

Media24.az      21 Oktyabr 2017, 10:07

"VAZ" markalı avtomobil iki yük maşınının arasında qalıb xurd-xəşil olub.

 

Günün günorta çağı ikinci dərəcəli yoldan əsas yola çıxan minik avtomobilini "Kamaz" vuraraq digər yük maşınının qarşısına sürüyüb.

 

Avtosfer.az xəbər verir ki, 3 avtomobilin toqquşması nəticəsində minik maşını aşan "TIR"ın ("Scania") altında qalaraq "yoxa çıxıb". Hadisə arxadakı avtomobilin videoregistratorunun obyektivinə tuş gəlib. Tatarıstanın Zainsk şəhərində baş vermiş dəhşətli qəzada "VAZ 2111" markalı avtobilin sürücüsü (80 yaş) və sərnişini (65 yaşlı qadın) həlak olublar.

 

Çuğundur yüklənmiş "Kamaz" və dəmir boru daşıyan "Scania"nın sürücüsü isə ağır yaralanaraq Zainsk mərkəzi xəstəxanasının reanimasiyasına yerləşdiriliblər.

 

Qeyd olunur ki, "VAZ 2111"-dəki təqaüdçülər ər-arvad olub və onlar dəfn mərasimindən qayıdırmışlar. Ehtimal olunur ki, sürücü dəfn mərasimində alkoqollu içkidən istifadə edibmiş.

 

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla