Ana səhifə Astrologiya
22 Fevral 2017
Bakı 6 °
93%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə düşdü

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
 
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb.
 
İ. Xəlilov bildirib ki, A. Çovdarov ondan pul alıb.
 
Daha sonra şahid qismində Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib.
 
A. Yaqubov bildirib ki, zərərçəkmiş İlham Xəlilovun dedikləri yalandır, A. Çovdarov ondan pul almayıb. N. Atakişiyev də bildirib ki, İ. Xəlilovdan pul almayıb: "İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır" .
 
A. Çovdarov da zərərçəkmiş İlham Xəlilovun yalan danışdığını deyib: "Yalan deyənin var-yoxuna söyərdim. Lakin qadınlar var açıq danışa bilmirəm".
 
Proses yanvarın 16-da davam edəcək.(APA)

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 18:34    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20