Ana səhifə Astrologiya
23 Mart 2017
Bakı 8 °
87%

"Bomj"lar məhkəməyə çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.(Trend)

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 19:27    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20