Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

2017-ci ildən ölkəyə idxal olunan qiymətli metallara görə aksizin dərəcəsi artırıldı

Media24.az      11 Yanvar 2017, 19:45

2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara görə aksizin dərəcəsi təqribən 2-3 dəfə artırılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvarın 1-dən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aksiz dərəcələri tətbiq ediləcək.

Belə ki, aksiz dərəcələri idxal olunan platinin hər qramına görə - 4 manat (bundan əvvəl 2 manat), 500 əyarlı qızılın hər qramına görə - 2 manat (bundan əvvəl 1,0 manat), 585 əyarlı qızılın hər qramına görə - 2,4 manat (bundan əvvəl 1,2 manat), 750 əyarlı qızılın hər qramına görə - 3 manat (bundan əvvəl 1,5 manat), 958 əyarlı qızılın hər qramına görə - 5 manat (bundan əvvəl 1,8 manat), 999 əyarlı qızılın hər qramına görə - 6 manat (bundan əvvəl 2 manat) müəyyənləşdirilib.

İdxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) olmaqla, aksiz dərəcəsi hesablanıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla