Ana səhifə Astrologiya
29 Mart 2017
Bakı 17 °
39%

Xəstələrin də hüquqları müdafiə olunacaq

"Azərbaycanda “Pasiyentlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.

Millət vəkili əlavə edib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq bütün müvafiq qurumlarla razılaşdırılıb:

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi ilə bağlı məsələlər də həllini tapıb. Hər iki qanun layihəsi bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla bilər".(Trend)

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 20:07    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az