Ana səhifə Astrologiya
18 Yanvar 2017
Bakı 6 °
87%
EUR: 1.8959
USD: 1.7867
RUB: 0.0300
TRY: 0.4754
Reklam yeri

Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi - Foto

Yanvarın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

 

 

Media24.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə nazirliyin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, nazirlik tərəfindən ötən il respublikanın şəhər və rayonlarında 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

Daha sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Yeni istifadəyə verilmiş mənzillərdən 3-ü Qarabağ müharibəsi əlillərinə, 6-sı isə şəhid ailələrinə təqdim olunub.

Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi -  Foto
Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi -  Foto

 
11 Yanvar 2016, 17:35    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20