Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Banklar qazdıqları quyuya düşür? - ŞƏRH

Media24.az      11 Yanvar 2017, 17:10

Yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda ölkə başçısı bankların fəaliyyətini tənqid edərək iqtisadiyyata ən böyük zərbəni bank sektorunun vurduğunu bildirib. Bildirib ki, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq.

 


Dollar satmayan banklar nəticə çıxarmalıdırlar


İqtisadçı-ekspert Fikrət Yusifov bildirib ki, artiq iki aya yaxındır banklar dollar satışını dayandırıblar:

 


“Görəsən bu adımı atan bank rəhbərləri başa düşürlərmi onların bu addım hansı nəticələrə gətirib çıxara bilər? Bu gün minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq və xarici valyutada olan başqa öhdəliklərini yerinə yetirmək məqsədilə dollar axtarışındadırlar. Banklar necə ki, vaxtilə vətəndaşlara seçim qoymayıb, onları kreditləri xarici valyutada götürməyə məcbur edirdilərsə, indi də eyni qaydada onları valyuta almaq üçün zorla “qara bazara” yönləndirirlər. Onlar başa düşməlidirlər ki, bu özfəaliyyət acı nəticələrə gətirib çıxara bilər. Onsuz da son bir neçə ildə yarıtmaz əməlləri ilə öz nüfuzlarına kifayət qədər zərbə vurublar. Nə qədər gec deyil banklar onların ünvanına deyilən bu haqlı tənqiddən nəticə çıxarmalıdırlar. Bu gün xarici valyutanın satışını dayandıran bank rəhbərləri bunun eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacağını da anlamamış deyillər”.

Bankların xarici valyutada şişirtdikləri kredit borcları

F.Yusifov banklardan götürülən kreditlərin ödənişi sahəsindəki problemlərə də toxundu:

 

“Birinci devalvasiyadan sonra bu gərginliklər bir o qədər böyük olmasa da ikinci devalvasiya vəziyyəti kifayət qədər mürəkkəbləşdirdi. Kreditlərin ödənişi ilə bağlı çətinliklər bir tərəfdən əhalinin gəlirlərinin azalması, digər tərəfdən isə xarici valyutada götürülmüş kreditlərin ödənişi üçün vətəndaşların manat yükünün artması ilə bağlıdır. Manatın birinci devalvasiyasından başlayaraq, bu günə qədər bu yük 2,2 dəfədən çox artıb. Bu gün əhalinin banklardan götürdüyü 15,8 milyard manat kreditin 46 %-dən çoxu - yəni 7,3 milyard manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın rəsmi məlumatlarına görə, xarici valyutada götürülmüş kreditlərin 10,2%-i gecikmiş kreditlərə aiddir. Manatla olan kreditlərdə bu gecikmə bir qədər az – yəni 7,4% təşkil edir. İkinci devalvasiyadan ötən dövr ərzində manatın məzənnəsində baş verən 14%-dən artıq rəsmi ucuzlaşma isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Qarşıda milli valyutanın tam sərbəst buraxılması ilə bağlı addımlar gözlənilir. Bu addımlardan sonra xarici valyutada olan kreditlərin ödənişi sahəsində vəziyyət indikindən daha çətin olacaq”.


O bildirib ki, banklar indidən bunu göz önünə almalıdırlar:


“Mərkəzi Banka onların gecikən kreditlər haqqında verdikləri informasiyalar əksər hallarda bir neçə dəfə kiçildilir. Bununla da banklar vəziyyətlərinin heç də pis olmadığını göstərməyə çalışırlar. Biz dəfələrlə yazdıq, təkliflər verdik ki, banklar öz müştərilərinə qarşı güzəştə getsinlər, onlara bu kreditləri ödəməkdə yardımçı olsunlar. Ancaq təəssüflər olsun ki, daha çox qazanmaq hərisliyi bankları öz mövqeyindən çəkindirə bilmədi. Onlar məhkəmə çəkişmələri yolu ilə problemi həll etməyə üz tutdular. Bu ən uğursuz seçim idi. Krediti ödəmək imkanı olmayandan nə isə əldə etməyə heç məhkəmə də kömək etməyəcək. Ona görə də nə qədər gec deyil, banklar üzlərini müştərilərinə çevrməlidirlər. Manat tam sərbəst buraxılandan sonra onlar xarici valyutada oalan kreditlərin heç 3-5%-ni də geri ala bilməyəcəklər. Vaxtı ilə xarici valyutada əhaliyə zorla kreditlər verərək bəs deyincə qazanc əldə etmiş banklar indi də həmən qazancı öz müştəriləri ilə bölüşməlidirlər. Bir sözlə, indiki maliyyə çətinlikləri şəraitində bu yükü ancaq onlar özü çəkməlidirlər”.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla