Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

“Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

Media24.az      11 Yanvar 2017, 15:25

Daxili İşlər Nazirliyi tərəfindən (DİN) bloqqer Mehman Hüseynovun polis bölməsində döyülməsi və təzyiqlərə məruz qalmasıyla bağlı verdiyi açıqlamaya münasibət bildirilib.

 

 

Media24.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Modern.az-a deyib ki, Mehman Hüseynovun nəinki dedikləri, aldığı nəfəs də yalandan gedib-gəlir:

 

“Polis orqanlarında nə adam döyürlər, nə adam toka verirlər. Bunların hamısı Mehman Hüseynovun uydurduğu boş-boş nağıllardır, şər və böhtandan başqa bir şey deyil”.

 

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılan və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılan tanınmış bloqqer Mehman Hüseynov jurnalistlərə açıqlamasında bunları demişdi:

 

“Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla