Ana səhifə Astrologiya
28 Aprel 2017
Bakı 14.7 °
65%

“Azəriqaz” rəsmisi təkzib etdi - “Mən elə söz deməmişəm”

Ötən gün “Azəriqaz” İB-nin istehlakçıların istifadə etdiyi qaza görə əvvəlki vaxtlarda yaranmış borcunun yeni tariflə hesablanacağı ilə bağlı verdiyi məlumat müzakirələrə səbəb olub.

 

 

Media24.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev aznews.az saytına bildirmişdi ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir: “Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi, köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.

 

Elə bundan sonra Tarif Şurası tərəfindən məsələyə aydınlıq gətirilib. Bildirilib ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir. Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

 

“Qafqazinfo” hər iki qurumun bir-birinə zidd verdiyi açıqlamalarla bağlı yenidən “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, ötən gün verdiyi açıqlama düzgün yazılmayıb: “Mən elə söz deməmişəm. Tarif Şurasının da qeyd etdiyi kimi əvvəlki vaxtlarda yaranmış borc yeni tariflərlə hesablanmayacaq”.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 14:52    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az