Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Trampın andiçməsində Azərbaycanı o təmsil edəcək

Media24.az      11 Yanvar 2017, 14:42

Yanvarın 20-də keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə Azərbaycandan kimin gedəcəyi məlum olub. 

 

 

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, ABŞ diplomatik protokol qaydalarına əsasən, andiçmədə iştirakı üçün heç bir dövlətə rəsmi dəvət göndərilmir. Qaydalara uyğun olaraq, hər bir ölkənin ABŞ-dakı diplomatik nümayəndəsi inaqurasiyaya dəvətlidir. Azərbaycanı da mərasimdə ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfir Elin Süleymanov təmsil edəcək.

 

Qeyd edək ki, ABŞ prezidentlərinin bütün inaqurasiyaları ənənəvi və dəyişməz proqramla həyata keçirilir. Adətən prezidentin çıxışını onun bu işlər üzrə köməkçisi yazsa da, Tramp əvvəlcədən bəyanat verərək onların xidmətindən imtina etdiyini və çıxışını özü yazacağını bildirib.

 

İlkin hesablamaya görə, andiçmə yeni prezidentə 200 milyon dollara başa gələcək. Belə ki, təkcə təhlükəsizlik üçün həmin gün 100 milyon dollar sərf olunacaq.

 

Donald Tramp tvitter hesabında yazaraq bütün tərəfdarlarının yanvarın 20-də Vaşinqtona gələcəyinə ümid etdiyini bildirib: “Bu, böyük şou olacaq”.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla