Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tramp Azərbaycana yeni səfir təyin edəcək? – Şərh

Media24.az      11 Yanvar 2017, 11:32

Trampın Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə ehtiyacı yoxdur.

 

 

Media24.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidentinin Obama administrasiyası dövründə təyin olunmuş bütün səfirləri geri çağıracağı ilə bağlı yayılan məlumatları şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, bu, qısa müddətdə prosedur baxımından mürəkkəb məsələdir: 

 

“ABŞ-ın Azərbaycandakı səfiri Sekutanın da geri çağrılıb-çağrılmayacağı müzakirə predmetidir. Sekuta bildirib ki, Tramp onu Azərbaycanda saxlasa, qalıb işləyəcək. Əslində, Sekuta bununla Azərbaycandakı fəaliyyətini davam etdirmək istədiyinə işarə edib. Trampın Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə ehtiyacı yoxdur. Tramp üçün Rusiya, Çin və İsrail kimi ölkələrdə səfirlərin dəyişməsi vacibdir və Ağ Ev sahibinin yeni xarici siyasətində bu istiqamətlər əsas götürüləcək. Görünür, Tramp buna ona görə ehtiyac duyur ki, Obamanın təyin etdiyi keçmiş səfirlər onun siyasətinə qarşı gizli fəaliyyət göstərməsinlər. Çünki Dövlət Departamentində Trampın gələcək xarici siyasətindən narazı olanlar var”.

 

Politoloq hesab edir ki, Cənubi Qafqaz yeni Ağ Ev administrasiyasının fəal xarici siyasət həyata keçirəcəyi istiqamətlərdən biri deyil:

 

“Ona görə də təcili surətdə Sekutanı dəyişməyə ehtiyac yoxdur. Digər tərəfdən, Sekuta Bakıya mane olmur. Birincisi, Azərbaycan hakimiyyəti Sekutanın fəaliyyətindən razıdır; İkincisi, Sekuta Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyini bildirib”.

 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sələfi Barak Obama tərəfindən təyin edilən bütün səfirləri geri çağıracağı bildirilib.

 

Hələ təsdiqini tapmasa da, məlumata görə, səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək. (axar)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla