Ana səhifə Astrologiya
23 Mart 2017
Bakı 8 °
87%

Elzanın yeni şeiri aləmi bir-birinə qatdı: "Qadın bir şey istəyir, kişinin beli bükülür"

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

 


Media24.az analoq.az-a istinadən Elza Seyidcahanın “Qadın bir şey istəyir” adlı şeirini təqdim edir:

 

 

 

 


Qadın bir şey istəyir

Bir şey

Deyim nə istəyir?

Bir şey istəyir.

Bir.

Pul istəmir

Mal istəmir.

İki şey istəmir

Bir şey istəyir o,

Bir şey.

Qabırğadır, qabırğa

O istəyir.

İstəyir o

Bir şey olsun.

Qabırğa olsun, qabırğa

Çox şey istəmir ki?

Qadın qadını başa düşür,

Kişi kişini başa düşür,

Kişi qadını başa düşmür?

Kişinin işi qadına düşür,

Qadının kişiyə işi düşmür?

Kişinin beli bükülür,

Qadının abırı tökülür

Abırdan betər sökülür

Onun istəyi bir şeydi,

Bir şey!

Rəhm istəyir,

Fəhm istəyir,

Səhm istəmir,

Baş tükündən yaratmadı

Başlara çıxsın.

Dırnaqlardan yaratmadı

Yerə atılsın.

Qabırğadan yaratdı ki,

Ağuşa batsın,

Tumara çatsın,

Sığalda yatsın, yatsın,

Batsın.

Arzuya çatsın, çatın

Yatsın.

Tumar, tumar

Sığal, sığal,

Qabırğa

Qabırğadır, qabırğa.

Qadın bir şey istəyir,

Bir şey.

Qabırğa olmaq istəyir

Qabırğa.

İstəyir o bir şey.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 11:25    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20