Ana səhifə Astrologiya
21 Fevral 2017
Bakı 5 °
93%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

ABŞ-ın TRAMPlin siyasəti

Dünya yeni prezidentin siyasi kursunun necə olacağını düşünür


Amerikanın bir çox fərqli və özəlliyi olan xüsusiyyətləri, ənənələri , özünə xas əlamətləri var. Bu fərqlilik mədəniyyətindən tutmuş, ailə prinsiplərinə kimi geniş əhatəyə malikdir . Amerikanı fəqli edən əsas xüsusiyətlərdən biri də onun seçki sistemidir. İki partiyalı seçki marafonununda, fillərlə uzunqulağın yüzilliklərə söykənən siyasi ədavəti var.
“Respublikaçılar”ın “Demokratlar”la ”qartal gerbi”li ölkənin möhür uğrunda apardığı mübarizədə, əhalinin seçkilərdə iştirakı çox da önəmli rol oynamır. Çünki sonda əsas qərarı senatda Seçicilər Kollegiyası verir. 


Seçki marafonu boyunca milyarder Trampla, xanım Klinton arasında Ağ ev uğrunda mübarizədə , politoloqların, siyasi şərhçilərin və ABŞ əhalisinin böyük əksəriyyəti Hillari xanımın yenidən Ağ evə köçəcəyini gözləyirdi. Amma hər şey gözləntilərin əksinə oldu. Amerika əhalisi Hillarini prezident postunda görsə də, əsas söz sahibi olan Seçicilər Kollegiyası, ölkəni qadının öhtəsinə buraxmadı. 2 milyon səs çoxluğu olsa da, milyarder Donald Tramp ölkənin və dövlətin lideri seçildi.
Debatlarında, seçki platformasında hər zaman səs-küylü, dəlisov çıxışlar edən Tramp, indi dünyanın ən çox danışdığı insana çevrilib.Fərqli siyasət, fərqli düşüncəyə malik olan Donaldın saç düzümü də əsas müzakirələrdən biri oldu.


Müsəlmanları amerikadan çıxarmaqla hədələyən, Meksika ilə sərhədə beton sədd çəkəcəyini bəyan edən Tramp, seçildiyi partiya haqda da xoşagəlməz ifadələr işlətmişdi. Onun ən səs-küylü çıxışı prezident seçildikdən sonra, ABŞ-ın siyasəti ilə bağlı oldu. Tramp Obama rejimini tənqid etməklə yanaşı, Rusiya kimi əsas siyasi və istisadi reqibi ilə münasibətlərini normallaşdıracağını , Suriya və İŞİD problemini kökündən həll edəcəyini bəyan edib. Əlbəttə bu sözlərin vəd olaraq qalacağı da düşünülür. 
İndi bütün dünya gözünü Trampa, onun göydələn siyasətinə dikib.


Bizimdə gözləntilərimiz və maraqlarımız var. Donald Trampın prezident olması ABŞ-Azərbaycan siyasətinə necə təsir edəcək !? Azərbaycan hakimiyyəti və ölkənin maraqları nə qazanacaq???

 


Trampın seçkilərdə qalib gəlməsindən sonra,Azərbayacanın möqeyi ilə bağlı ilk açıqlamanı verən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov gözləntilərdən və rəsmi Bakının yeni prezidentlə quruluacaq dialoqlardan danışdı. Cənab Məmmədovun müsahibəsində istər açıq, istərsə də sətraltı fikirlərdə Tramp dövründə Azərbayacan-ABŞ münasibətlərinin daha inkişaf edəcəyi gözləntiləri nəzərə çarpır.


Novruz Məmmədovun “Demokatlar”la bağlı fikirləri də onu göstəridi ki, Obama hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərində çox da böyük inkişaf və irəliləyiş olmayıb. N.Məmmədov “Respublikaçılar”ın prezidentləri ilə dil tapa bildiklərini sətraltı vurğulaması də diqqət çəkən məqamlardandır.


Onun firkincə , ABŞ-ın “Demokratlar” partiyası insan haqları və demokratiya anlayışına xüsusi don geyindirərək öz məqsədləri üçün istifadə edir: “Mənim və heç kəsin etirazı yoxdur ki, insan haqları, demokratiya inkişafın əsas yolu olmalıdır. Lakin güclü dövlət bundan öz məqsədləri üçün istifadə etdikdə, artıq o, qarşısına qoyduğu məqsədə çata bilmir və bilməz də. Demokratlar bundan ifrat istifadə edirlər. Respublikaçılarla isə iqtisadi, siyasi, təhlükəsizlik maraqlarına üstünlük verirlər”


Ölkə başçısı İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubda da, prioritet məslələr və iki ölkə arasındakı strateji tərəfdaşlıq yer almışdı. İ.Əliyevin ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı da həmin məktubla bir daha nəzərə çatdırılır.
Azərbayacanın və regionun enerji təhlükəsizliyində önəmli rol oynayan Amerikanın , Tramp-ın prezidentliyi dövründə də əsas tərəfdaşlıq münasibətlərindən olacağı gözlənilir. Bundan əlavə Tramp-ın Türkiyə və Rusiya ilə münasibətlərin normallaşdırmaqla bağlı fikirləri də Azərbaycanın siyasi və iqtisadi stabilliyinə təsir edəcəyini söyləmək olar.
Dağlıq Qarabağ münaqişəsinin nimazlanması ilə bağlı irəliləyişin olacağı da Azərbaycan hökümətinin gözləntilərindəndir. Bunu demək üçün ən vacib əsas, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədrinin gözlənilmədən postundan ayrılması oldu. Ceyms Uorlikin seçkilərdən həmən sonra tutduğu postdan gedəcəyi ilə bağlı yaydığı məlumat da mövcud vəziyyətin və gələcəkdə problemin həlli üçün daha qəti adımlların atılacağına bir işarə ola bilər.


Tramp-ın nizamlanmayan münaqişələrlə bağlı verdiyi açıqlamalarda, prezidentliyi dövründə dünyada sabitlik və sülhün təmin olunmasına çalışacağı da vurğulanıb. Əlbəttə bu seçkiöncəsi vəd olaraq da qəbul edilə bilər. Amma artıq Amerika xalqı dünyanın müxtəlif müharibə ocaqlarında hərbçilərin ölməsini istəmir. 
Azərbaycan hakimiyyətinin rəsmi Moskva və Ankara ilə bağlı səmimi münasibətləri, ABŞ hökümətinin də maraqları daxilindədir. Çünki Obama rejimində korlanan münasibətləri bərpa etmək Tramp üçün heç də asan olmayacaq. Hər iki dövlət arasında əsən soyuq küləkləri sabitləşdirmək üçün Azərbyacan hakimiyyətinin və ən əsası İlham Əliyevin iki ölkə lideri ilə şəxsi münasibətlərindən də yararlanmaq olar. 


İqtisadi baxımdan ABŞ-la beynəlxalq layihələrdə iştikar edən Azərbaycan , indiki vəziyyətdə ABŞ üçün əsas yatırım ölkəsi rolunu da oynaya bilər. Siyasi rejim, sabitlik və inkişafa malik olan Azərbaycan, qeyri-neft sektorunu inkifat etdirməkdə israrlıdır. Xarici və yerli investorlar üçün güzəştlərin olması da , Tramp-ın hakimiyyəti dövründə Azərbaycan xarici investisiya planlarının əsas mərkəzlərindən birinə çevrili bilər.


Əlbəttə Qarabağ münaqişəsinin tez bir zamanda həlli, ABŞ-ın Cənubi Qafqazdakı siyasi maraqları kimi, iqtisadi maraqlarının böyüməsinə və məhkəmlənməsinə də xidmət etmiş olacaq. 
Bir sözlə qlobal gücə malik olan ABŞ, hər bir regionda oladuğu kimi Cənubi Qafqazda da öz gücünü balanslaşdırmış olacaq. Əgər Ermənsitana dolayı yolla himaydarlıq edilirsa,Rəsmi Tiflisin qərbə açdığı qapı və seçdiyi yolu, rəsmi olaraq alqışlanılırsa, Azərbayacan bu cür dəskətdən bir az kənar qalıb. Yəni sadalanan məsələlərin Tramp rejimi tərəfindən həllinə vasitəçilik ediləcəksə, regionda Azərbaycan kimi daha güclü tərəfdaş və mütəffiq ölkə əldə olunacaq. Rəsmi Bakı isə həm siyasi , həmdə iqtisadi baxımdan gücünü daha da artıracaq. Bu isə Əliyev rejiminin xarici siyasətinin əsas prinsiplərindən birinin tamailə həlli deməkdir. 


Məsələyə digər prizmadan yanaşsaq, Azərbaycan ABŞ-ın Yaxın Şərq, Rusiya və Orta Asiya ilə bağlı siyasi planlarını üçün ən uyğun ölkə sayılır. Və əlbəttə ki, Şimali Atlantika Alyasının (NATO) ən böyük və əsas üzvi olan Amerika , Avrasiya qitəsində hərbi əməliyyatlarda məramından aslı olmayaraq Azərbaycanın ərazisindəN və hava məkanından istifadə edə bilər. Uzun illərdir ki, danışıqlar mövzusu olan bu məsələ, Rusiya-ABŞ münasibətlərinə görə, axra plana keçsə də, indi yenidən aktuallaşa bilər.
Əlbəttə bütün bunlar Trampın inoqurasiya mərasimindən sonra, baş verə bilər. Bunun üçün isə, onun Ağ evə köçəmini gözləmək lazımdır.
Siyasi qərarlara görə, istər qərb, istərsə də müxalif cəbhə tərəfindən qınaq obyektinə çevrilən Azərbaycan hakimiyyəti, ABŞ-ın təxminən 1 ilə yaxın davam edən seçki marafonunda düzgün və məntiqli mövqe nümayiş etdirdi. Balanslı münasibət və dəstək ifadə edən rəsmi Bakının mövqeyini həqiqətən də təqdirə laiq və düşünülmüş siyasi gediş kimi qiymətləndirmək olar. 


Əgər rəsmi dairələrdə “Demokratlar”a dəstək nümayiş etdirildisə, qeyri-rəsmi olaraq Trampın seçki təşviqatına “HƏ” deyildi. Milyarderlə yaxın əlaqəli və işbirliyi olan şəxslərin vəsitəsi ilə rəsmi Bakının maraqları və gözləntiləri ifadə olundu. Bu isə İlham Əliyevin komandasının uğuru sayıla bilər.
Bütün bunlar bizim gözləntilərimizdir. Amma okeanın o tayından necə göründüyümüz hələlik bəlli deyil. Bəlli olan isə 45-cı ABŞ prezidentinin adı və soyadıdır. Qaradan sarıya keçən Amerika siyasətinin pərdəarxası rəngini isə söyləmək mümkün deyil...

 

Media24.az

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 11:06    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20