Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Türkiyədə dolların məzənnəsi 3,90 lirəyə yaxınlaşıb

Media24.az      11 Yanvar 2017, 10:09

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün səhər saatlarında Asiya birjalarında 3,8967 TRY/USD səviyyəsinə yüksəlib. Dolların məzənnəsinin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb. 


Report-un analitik qrupu bildirir ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək. Məhz bu tarixə qədər dolların məzənnəsinin artacağı istisna edilmir. Analitiklər iclasda uçot dərəcəsinin artırılacağı və dolların məzənnəsinin kəskin düşəcəyini ehtimal edirlər. Əks halda, dolların məzənnəsi yaxın perspektivdə 4,50-5,00 TRY/USD səviyyəsinə çata bilər.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla