Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Rusiyanın Qarabağ oyunu: Proses nəzarətdən çıxır

Media24.az      11 Yanvar 2017, 09:57

Müharibə olmasa da, ermənilər tərəfindən təxribatlar gözləniləndir.

 

 

Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Dağlıq Qarabağ prosesində iştirak edən əsas oyunçular ciddi addımlar atmazsa, xaotik problemlər baş verə, hətta vəziyyət hərbi müdaxiləyə qədər gedib çıxa bilər:

 

“2017-ci ildə münaqişənin həllində müəyyən irəliləyiş olmalıdır. Çünki heç bir regional oyunçu müharibənin yenidən alovlanmasını istəmir. Beynəlxalq təşkilatlar isə nüfuzlarını itirirlər. Məhz bu baxımdan daha ciddi addımlar atılmalıdır. Xalq diplomatiyası çərçivəsində Ermənistanın hüquq müdafiəçilərinin Azərbaycana gəlməsi Rusiyanın əsas planlarından biridir və burada da müəyyən siyasi oyunlar var. Belə ki, SSRİ-nin varisi kimi Rusiya bu problemin yaranmasında birbaşa iştirakçı olubsa, deməli, məhz problemin həlli də Moskvanın əlindədir”.

 

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında müharibə havası hiss olunmur:

 

“Lakin dünyada baş verən proseslər və ATƏT həmsədrlərinin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir edir. Bu isə status-kvonun saxlanılmasına gətirib çıxara bilər. Böyük müharibə olmasa da, ermənilər tərəfindən təxribatlar gözləniləndir. İrəvan KTMT-yə böyük ümid bəsləyir. Lakin təşkilat daxilində parçalanma var. Əgər Qarabağ prosesi nəzarətə götürülməzsə, münaqişənin həlli uzadılacaq”.

 

(axar)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla