Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Azərbaycan yığmasının sabiq baş məşqçisi FİFA-nın qərarından şoka düşüb

Media24.az      11 Yanvar 2017, 09:44

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts FİFA-nın 2026-cı ildən etibarən dünya çempionatında iştirakçı komanda sayının 48-ə yüksəldilməsi barədə qərarına münasibət bildirib.

 


71 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında qərardan şoka düşdüyünü deyib. Onun fikrincə, FİFA dünya çempionatlarına son qoymaq istəyirsə, elə bu istiqamətdə də davam etməlidir: 

 

"Bu, inanılmaz, dəhşətli qərardır. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da getməlidirlər. Qərarı anlaya bilmirəm. Bu, artıq mənim mundialım deyil".


Qeyd edək ki, Berti Foqts Almaniya yığmasında futbolçu kimi 1974-cü ildə dünya, baş məşqçi qismində isə 1996-cı ildə Avropa çempionu titulunu qazanıb. O, 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 

 

(report)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla