Ana səhifə Astrologiya
29 Mart 2017
Bakı 17 °
39%

Dünya Bankından proqnoz: Azərbaycan iqtisadiyyatı artacaq

Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 fazi səviyyəsində proqnozlaşdırılır.

 


Bu barədə Dünya Bankının saytında yerləşdirilmiş "Global Economic Prospects" adlı hesabatında qeyd olunub.


Bankın hesabatında Azərbaycanda 2018 və 2019-ci illər üçün ÜDM-in artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.


Qeyd edək ki, 2016-ci ilin iyun ayında dərc olunmuş hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 0,7 faiz səviyyəsində proqnozlaşdırılırdı.


Ümumiyyətlə, DB 2017 və 2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.


Dünya Bankı 2016-cı ilin iyun ayında 2017-ci ildə dünya iqtisadiyyatı 2,8%, 2018-ci ildə isə 3% artacağını gözləyirdi. Ancaq indiki proqnozuna görə, artım 2.7% və 2.9% təşkil edəcək.


DB 2019-cü ildə dünya iqtisadiyyatının 2,9% artacağını gözləyir. (trend)

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

11 Yanvar 2017, 09:21    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az