Ana səhifə Astrologiya
24 Yanvar 2017
Bakı 7 °
81%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

Səngəçaldakı yanğın söndürüldü

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.

 

 

Media24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

"Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb", - deyə FHN-in məlumatında bildirilir.

11 Yanvar 2016, 09:16    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20