Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 4 °
81%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

Tələbə kreditindən yararlananların sayı artacaq - YENİLİK

Ödənişsiz oxuyan tələbələr də təhsil krediti ala biləcək.

"Maarifçi" Tələbə Kredit Fondunda dövlət hesabına  təhsil alan tələbələr üçün də kreditlərin ayrılması nəzərdə tutulur. Başqa sözlə, tələbələr sadəcə təhsil haqlarını ödəmək üçün deyil, digər ehtiyacları üçün də təhsil krediti götürə bilərlər. Məsələ fondun iclaslarında müzakirəyə çıxarılacaq və  bundan sonra  bu kreditlərin verilməsinə başlanılacaq.

Üstəlik təhsil kreditinin əhatə etdiyi universitetlərin də sayı artırılır və özəl universitetlərin də tələbələri bu kreditlərə müraciət edə biləcək. Hazırda təhsil kreditləri sadəcə 10 dövlət universitetinin tələbələrinə verilir.

Təhsil krediti verilərkən ailənin gəlirləri də nəzərə alınır. kreditlər tələbə universiteti bitirib 1 il ərzində işlə təmin olduqdan sonra 5 il müddətində qaytarılmalıdır.(xezerxeber)

11 Yanvar 2016, 00:05    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20