Ana səhifə Astrologiya
28 Aprel 2017
Bakı 15.6 °
55%

MDU-nun rektoru: Burada Azərbaycan elitası təhsil alır

Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən yaxşı universitetidir.

Bunu M.V. Lomonosov adına MDU-un rektoru Viktor Sadovniçi Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

Rektor dövlət başçısını MDU-nun inkişaf proqramının həyata keçirilməsi və ali məktəbin filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatlandırıb.

"Bizim Bakı filialımız üçün ayrıca kampus tikilib. Azərbaycanın ən yaxşı universitetidir. Burada 6 fakültə var, 500 tələbə - Azərbaycanın elitası təhsil alır", - deyə V. Sadovniçi bildirib.

Rektor ümumilikdə MDU-nun filiallarında 3 min tələbənin təhsil aldığını qeyd edib: "Mühüm olan odur ki, biz rus dilində öyrədirik. MDU-nun diplomunu veririk. Filialları bitirənlər həmin respublikalarda qalaraq orada işləyirlər. Yəni ki, biz dostlarımızı hazırladığımıza ümid edirik".(APA)

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

10 Yanvar 2017, 22:53    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az