Ana səhifə Astrologiya
21 Fevral 2017
Bakı 5 °
93%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

Qəmbər küçələr yenə asfaltlanacaq

Bu il keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Hökumət Evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına, yaz aylarında isə Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissənin asfalt qatla örtülməsinə başlanılacaq.

 

 

Media24.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.

 

Onun sözlərinə görə, aprel ayında tribunalar və müvəqqəti yerüstü keçidlərin quraşdırılmasına başlanılacaq. May ayında - İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılacaq.

 

2017-ci il üçün Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri 1-ci ildəki kimi böyük ölçüdə olmayacaq. Ümumilikdə, trekin konfiqurasiyası dəyişməz olaraq, qalır. Yalnız bəzi döngələrdə təhlükəsizlik baxımından modifikasiya işləri aparılacaq.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

10 Yanvar 2017, 16:40    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20