Ana səhifə Astrologiya
18 Yanvar 2017
Bakı 6 °
87%
EUR: 1.8959
USD: 1.7867
RUB: 0.0300
TRY: 0.4754
Reklam yeri

Bakıda evli qadını qətlə yetirən şəxs 14 il azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı qadını qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Media24.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 


Məhkəmənin hökmü ilə V.Qarayev 14 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.


Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.


V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunub.  (report)

10 Yanvar 2016, 15:25    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20