Ana səhifə Astrologiya
24 Yanvar 2017
Bakı 7 °
81%
RUB: 0.0312
TRY: 0.4939
EUR: 1.9957
USD: 1.8559
Reklam yeri

Bakıda tanınmış reperin iştirakı ilə keçirilən əyləncə mərasimində kütləvi dava olub

Bakıda gecə klubunda tanınmış reperin iştirakı ilə keçirilən əyləncə mərasimində kütləvi dava düşüb.

 


Media24.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonunda "Legendary club"da qeydə alınıb. 


Belə ki, tanınmış reper Ramil Nabranın klubda çıxışı zamanı 12 nəfər naməlum şəxs içəri daxil olaraq dava salıb. Naməlum şəxslər klubun pəncərələrinin şüşələrini qırıb. Onlarla klub rəhbərliyi və ofsiantlar arasında əlbəyaxa dava düşüb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəlib. R.Nabran və klubda iştirak edən qonaqlar ərazidən uzaqlaşdırılıb.


Davanın səbəbinə gəlincə, şahidlər bildirib ki, R.Nabrana digər klubda çıxış etmək təklif olunub. Lakin o, həmin klub rəhbərliyinin təklifini qəbul etməyib. Bundan əsəbləşən qarşı tərəf "Legendary club"da dava salıb.


Binəqədi Rayon Polis İdarəsindən  verilən məlumata görə, dava salan şəxslər sərxoş vəziyyətdə olub. Üç nəfər şübhəli şəxs qismində saxlanılıb.


Reper Ramil Nabran isə belə bir hadisənin baş verdiyini, lakin davanın onunla əlaqəsi olmadığını bildirib: "Gecə yeni başlayırdı, oxumağa başlamaq istəyirdim ki, dava düşdü və biz də oradan çıxdıq".  (report)

10 Yanvar 2016, 14:20    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20